Bank Of Baku

Milli Məclis readmissiya sazişini ratifikasiya edib

Milli Məclis readmissiya sazişini ratifikasiya edib
# 30 may 2014 10:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Milli Məclis “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” sazişi təsdiqləyib. APA-nın xəbərinə görə, saziş barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

 

Sazişə əsasən Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür. Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib.

 

Deputat Rafael Cəbrayılov Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşların (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsini qaldırıb. O, sazişdə bununla bağlı qeyd-şərtin əksini tapmamasının səbəbini soruşub. Sədr Oqtay Əsədov deyib ki, əsas məqsəd vizaların sadələşdirilməsi prosesini sürətləndirməkdir: “Bu, ikitərəfli sazişdir, biz çoxtərəfli sazişlərə qeyd-şərtlərlə qoşuluruq. Avropa Birliyi bilmir ki, Dağlıq Qarabağ problemi var? Bu sazişi qəbul etməkdə əslində gecikmişik”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR