Bakı. Ramiz Mikayıloğlu - APA. “Ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir, Dövlət Miqrasiya Xidməti də hazırda bu işlə məşğuldur”.
APA-nın məlumatına görə, bunu keçmiş SSRİ, o cümlədən Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları Azərbaycan Konstitusiyası və qanunvericiliyində aydın göstərilib: “Bu məsələ Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir”.