Bank Of Baku

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin mayın 30-da mitinq keçirmək təklifini qəbul edib

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin mayın 30-da mitinq keçirmək təklifini qəbul edib
# 26 may 2015 10:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şura mayın 30-da mitinq keçirəcək.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXC) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.

 

O bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin bugünkü toplantısında mayın 30-da mitinq keçirməklə bağlı məsələ müzakirə edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin müraciətimizə mayın 30-u üçün icazə verməsini nəzərə alaraq, həmin tarixdə mitinq keçirmək məqsədəuyğun hesab edildi”.

 

Qeyd edək ki, BŞİH Milli Şuranın mitinq keçirməsi ilə bağlı müraciəti müsbət cavablandırıb və mayın 30-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR