Bakı. Etibar Məmmədov-APA. Milli Şura mayın 24-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Bu barədə APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
Mitinqin qiymət artımına etiraz məqsədilə keçirilməsi nəzərdə tutulur.