Bank Of Baku

BŞBPİ: Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib - YENİLƏNİB

BŞBPİ: Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 10 mart 2018 14:04 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

***

 

15.30

Bakıda Milli Şuranın mitinqi başlayıb.

 

APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.

 

Mitinqdə Müsavat Partiyası da iştirak edir.

 

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR