Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə məsələ daxil edilib.
APA-nın məlumatına görə, bununla da iclasın gündəliyindəki məsələlərin sayı 39-a çatıb.
Yeni məsələ Vergi Məcəlləsinə 164.1.38-ci maddənin əlavə edilməsidir. Bu maddəyə görə, mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları əlavə dəyər vergisindən azad edilir.