Bank Of Baku

MSK Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərar verib

MSK Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərar verib
# 08 oktyabr 2015 15:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən “Azadlıq” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin müvafiq seçki dairəsi tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb. 

 
APA-nın məlumatına görə, 43 saylı DSK  M. Mirəlioğlunun təqdim etdiyi imzalardan 114-nü etibarsız sayaraq namizədliyini qeydə almayıb. 
 
MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. MSK M.  Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR