Bank Of Baku

MSK sədri: "Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik"

MSK sədri: "Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik"
# 15 fevral 2018 08:21 (UTC +04:00)

"Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün əsas şərt ictimai-siyasi sabitlikdir. Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur".
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.
 

M. Pənahov bildirib ki, Azərbaycanda dairə seçki komissiyalarına Avropa və Asiya üçün nümunə olacaq şərait yaradılıb: "Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, Azərbaycanda 125 DSK sədri rayonlarda İcra Hakimiyyəti başçılarının müavini statusundadır. Bu, düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Mübarizənin ən aktual cəbhəsi seçkilərdir. Ölkələrin daxili işlərinə qarışmağın əsas yollarından biri də seçkilərdir. Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik".

 

M. Pənahov qeyd edib ki, aprel ayında Azərbaycan xalqı tarixinin növbəti qızıl mərhələsini yazacaq və düzgün qərar qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR