Bank Of Baku

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində kollegiya iclası keçirilib

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində kollegiya iclası keçirilib
# 08 aprel 2015 12:08 (UTC +04:00)

 

Bakı-APA. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissə, anbar, baza, mənzil-istismar hissələri və hərbi komendantlıqlarda 2015-ci ilin birinci rübünün döyüş və mənəvi-psixoloji hazırlığının, qoşun xidmətinin, hərbi intizamın təhlili və qarşıya qoyulmuş tapşırıqlara həsr olunan geniş kollegiya iclası keçirilib.

 

APA-nın “Azərbaycan ordusu” qəzetinə istinadən verdiyi məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev tədbirin gündəliyindəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 

Məruzə ilə çıxış edən general-mayor Q.Qarayev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açaraq bildirib ki, Silahlı Qüvvələr tam inkişaf dövrünü yaşayır: “Son vaxtlar Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da inamlı addımlar atılır. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar və məqsədyönlü siyasətin nəticəsi olaraq ordumuz inkişaf edir, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə qeyd etmək istərdim ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda aparılan islahatlar, hərbi hissələrin maddi-texniki və sosial-məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi həm orduda, həm də cəmiyyətdə rəğbətlə qarşılanır.

 

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə təşkilati göstərişlərində vurğulayıb ki, yüksək nailiyyətlərin əldə edilməsi üçün Silahlı Qüvvələrin aşağıdakı əsas məqsədləri Ali Baş Komandan tərəfindən müəyyən edilib:

 

"Dövlətin milli təhlükəsizliyinə qarşı ehtimal olunan hərbi təhdidlərin qarşısının vaxtında alınması və Azərbaycan Respublikasına istiqamətləndirilmiş təcavüzün dəf edilməsi məqsədi ilə qoşunların tələb edilən döyüşə və səfərbərliyə hazırlıq səviyyəsində saxlanılması;

 

Hərbi-siyasi vəziyyətin istənilən şəraitində Azərbaycan Respublikası ərazisinin bütövlüyü və toxunulmazlığının silahlı müdafiəsi üçün Silahlı Qüvvələrə zəruri olan qabiliyyətlərin daimi inkişafı və təkmilləşdirilməsi;

İşğal edilmiş torpaqları erməni təcavüzkarlarından azad etmək məqsədilə Silahlı Qüvvələrin fəal və qətiyyətli hücum əməliyyatlarına hazırlıq tədbirlərinin təşkili və həyata keçirilməsi”.

 

Tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissə və müəssisələrə son səfərini əks etdirən videosüjetlərin nümayişi ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR