Ancaq etiraf etmək istəyirəm ki, YAP-ın o vaxtkı nüfuzu bugünkü müxalifətin nüfuzundan qat-qat yüksək idi və yüksələn xətlə də gedirdi. Çünki ortada Heydər Əliyev amili vardı. Ancaq müxalifət, o cümlədən Müsavat Partiyası bu gün zəifləyib, seçkidən sonra zəifləmiş müxalifət var ”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının mayın 24-də keçirilməsi planlaşdırılan qurultayını iyunun 21-ə təxirə salmasına münasibət bildirən Müsavat başqanının müşaviri Səxavət Əlisoy söyləyib.
Müsavat başqanlığına iddialı olan S.Əlisoy deyib ki, iqtidar Müsavat Partiyasının adına, tarixinə deyil, bugünkü gücünə rəğmən ya yer vermir, ya da partiyanın uyğun saymadığı yer verir. Onun sözlərinə görə, bu məsələ, nəhayət, bitməlidir: “Bu gün Azərbaycanın ən güclü müxalifət partiyasına istədiyimiz yer verilmirsə, sabah 50, 100, 1000 nəfərdən ibarət müxalifət partiyasına nə yer veriləcək?! Arzu edirəm ki, iyunun 21-də qurultayımızı keçirək. Qurultayımız dəbdəbəli sarayda olmasa belə, istəyimizə uyğun sarayda keçirilməsini məqbul sayıram”.