Bank Of Baku

Müsavat Partiyası Məclisinin sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb

Müsavat Partiyası Məclisinin sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb
# 10 oktyabr 2015 14:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiya Məclisinin sədri Nüşabə Sadıxlının namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı da təqdim edilən imza vərəqələrində qüsurlar aşkarlanıb.

 

MSK DSK-nın N. Sadıxlının namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR