Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında bildirib ki, iclasda ölkədə baş verən ictimai-siyasi vəziyyət və partiyadaxili məsələlər müzakirə edilib. O deyib ki, toplantıda son günlər partiya ətrafında yaranmış saxta vəsiqə və arayış qalmaqalı da müzakirə olunub: “Belə qərara gəldik ki, bu məsələni hüquqi müstəvidə həll edək. Partiyaya qarşı şər və böhtan atan şəxslər, eyni zamanda Müsavat adından saxta arayış və vəsiqə hazırlayan şəxslər barədə məhkəməyə müraciət olunacaq. Biz istəyirik ki, həmin şəxslər hüquq çərçivəsində cəzalandırılsın”.
R. Əmiraslanlı partiya rəhbərliyinə qarşı ittihamlar irəli sürən jurnalist Elbəyi Həsənlinin də məhkəməyə veriləcəyini söyləyib.