Bank Of Baku

Müsavat Partiyası və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək

Müsavat Partiyası və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək
# 27 may 2015 12:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları (KXCP) Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqdə iştirak etməyəcək. 

 
KXCP Ali Məclisinin sədri Bəybala Əbil APA-ya açıqlamasında bildirib ki, mitinqdə iştirakla bağlı partiyaya hər hansı müraciət daxil olmayıb: “Buna görə də bizim bu aksiyada iştirakımız haqqında hər hansı qərar yoxdur. Ancaq üzvlərimiz mitinqə qatılmaqda sərbəstdir”. 
 
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da mitinqdə iştirak etməyəcəklərini deyib: “Bu məsələ Müsavat Partiyasında müzakirə olunmayıb. Biz bütün gücümüzü 28 May – Respublika Günü ilə bağlı tədbirlərə səfərbər etmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR