Bank Of Baku

Müsavat Partiyası yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Müsavat Partiyası yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 17 may 2014 08:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası qurultaya yer ayrılması məqsədilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək.

 

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

 

O bildirib ki, BŞİH partiyanın mayın 24-nə təyin etdiyi qurultaya gec cavab verdiyindən, qurultayın vaxtı dəyişdirilib: “Bakı Şəhər İcra Hakimiyyəti bizim fevral ayında göndərdiyimiz müraciətə mayın 15-də cavab verib. Vaxt azlığı səbəbindən biz də qurultayın vaxtını dəyişərək, iyunun 21-nə təyin etmişik. Buna görə də partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçiriləcək və güman ki, yenidən BŞİH-ə müraciət etməli olacağıq”.

 

Xatırladaq ki, BŞİH partiyaya qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini məqsədəuyğun hesab edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR