Bank Of Baku

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib
# 12 may 2014 14:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

 

Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Bakı Şəhər 1 saylı İnzibati-İqtisad Məhkəməsində baş tutan prosesdə BŞİH nümayəndələri partiyaya mayın 21-də cavab verəcəklərini qeyd ediblər: “Halbuki biz qurultayı mayın 24-nə təyin etmişdik. Qurultaya 3 gün ərzində hazırlaşmaq qeyri-mümkündür”.

 

G.Aslanlı qeyd edib ki, məhkəmə prosesi mayın 21-dək təxirə salınıb.

 

Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirmək məqsədilə yer ayrılması üçün müraciəti cavabsız qaldığını əsas gətirərək, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR