Bank Of Baku

Nəsiman Yaqublunun təqdim etdiyi bəzi imzaların ölmüş şəxslərə məxsus olduğu üzə çıxıb

Nəsiman Yaqublunun təqdim etdiyi bəzi imzaların ölmüş şəxslərə məxsus olduğu üzə çıxıb
# 10 oktyabr 2015 14:47 (UTC +04:00)

APA-nın məlumatına görə, MSK 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Azad Kazımov, 121 saylı Laçın Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Raqif Kərimli, 67 saylı Cəlilabad Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azər Əsgərov, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rövşən Atakişiyev, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsirdən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nəsiman Yaqublunun namizədliklərinin müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, N. Yaqublunun şikayəti müzakirə olunarkən MSK İşçi Qrupunun təqdim edilən imzalardan 3-nün ölmüş şəxslərə mənsub olduğunu üzə çıxardığı da açıqlanıb.

 

MSK 61 saylı Neftçala Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Saday Fərəcovun namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb, DSK-nın qərarını ləğv edib, S. Fərəcovun namizədliyi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR