Bank Of Baku

Ötən ay 155 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən ay 155 partlamamış hərbi sursat zərərsizləşdirilib
# 04 avqust 2015 13:51 (UTC +04:00)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA-nın) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 155 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

 

İndiyədək cəmi 296 137 250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 032-dir.

 

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

 

2015-ci ilin İyul ayı ərzində bir  mina/PHS hadisəsi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR