Bank Of Baku

Pənah Hüseyn deputatlığa namizədliyini verəcəyini açıqlayıb

Pənah Hüseyn deputatlığa namizədliyini verəcəyini açıqlayıb
# 22 aprel 2015 08:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. ““Azadlıq-2015” seçki blokuna daxil olan səkkiz partiya sədrinin əksəriyyəti parlament seçkilərində iştirak qərarı verib”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

 

O, hazırda blokun seçki qərargahının Sədrlər Şurası ilə birlikdə ayrı-ayrı partiyaların dairələr üzrə təqdim etdiyi namizədləri müəyyənləşdirdiyini bildirib: “Dairələrdə bu namizədlərin şanslarının olub-olmaması aydınlaşdırılır. Əgər bir dairədən bir neçə namizəd varsa, onda hansının daha çox şanslı olması müəyyən edilir”.

 

AXP sədri deputatlığa namizədliyini irəli sürəcəyini də açıqlayıb: “Hansı dairədən namizədliyimi irəli sürəcəyim barədə qərarı yaxın günlərdə açıqlayacağam”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR