Bank Of Baku

Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak edib - FOTOSESSİYA - VİDEO

Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 may 2014 12:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

 

Salona toplaşanlar dövlət başçısını hərarətlə qarşılayıblar. Azərbaycanın dövlət himni səslənib.


Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
 

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
 

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.
 

Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR