Azərbaycan prezidenti İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, R. Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.