Bank Of Baku

Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin"

Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin"
# 15 fevral 2018 08:43 (UTC +04:00)

"Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər".
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
 
Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu söyləyib: "2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin ".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR