46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Rafael Cəbrayılov növbəti görüşünü Şirvan şəhər, M.Qədirov, Neftçilər və M.Mirzəyev küçəsinin sakinləri ilə keçirib.
R. Cəbrayılovu sakinlər alqışlarla qarşılayıbar. Müstəqillik günü kimi əlamətdar bir gündə görüşdüyündən məmnunluğunu bildirən namizəd, hər kəsi müstəqillik günü münasibəti ilə təbrik edib. Daha sonra qəsəbədəki sosial-iqtisadi məsələlərin aktullığından danışaraq, qeyd edib ki, etimaq qazanıb deputat seçildikdən sonra bütün məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində köməklik göstərəcək.
Qəsəbə sakinləri Rafael Cəbrayılova öz minnətdarlıqlarını bildiriblər. Çılpaqlı qəsəbə sakinləri namizədə dəstək olduqlarını və 1 noyabr tarixində səs verərək ona etimad göstərməklə sübut edəcəklərini bildiriblər.
Rafael Cəbrayılovun növbəti görüşü 19 oktyabr, saat 11:00-da H. Əliyev küçəsi 1B, 44, 46 saylı binanın sakinləri ilə keçiriləcək.