Namizədin səlahiyyətli nümayəndəsi Əzizbala Mustafayev APA-ya bildirib ki, bəzi mətbuat orqanlarında deputatın yenidən namizəd olduğu 73 saylı Lənkəran şəhər seçki dairəsində guya rəqiblərə qarşı təzyiqlər edilməsi barədə məlumatlar yayılıb: "Bu məlumatlar tamamilə yalan və şər-böhtandır".
Ə. Mustafayev bildirib ki, R. Quliyev qanunvericiliyə uyğun təbliğat, təşviqatını aparır, seçiciləri ilə mütəmadi görüşür: "Dairə seçiciləri yüksək səviyyədə onu dəstəkləyir. Yazırlar ki, guya Rüfət Quliyev rəqiblərinə pul təklif edərək namizədliklərini geri götürdürür. Bütün bunlar böhtandır və Rüfət müəllim heç kimə heç bir halda belə təklif etməyib. Belə şər-böhtan tipli xəbərlərin yazılması Rüfət Quliyevə qarşı çirkin kampaniyadır və seçicilər də bu kimi xəbərlərdən narahatdırlar”.