APA-nın TACC-a istinadən verdiyi məlumata görə, Baykal ətrafında, Xakasiya və Buryatiyanın dörd rayonunda, habelə Krasnoyarsk əyalətinin bir rayonunda fövqəladə vəziyyət elan edilib.
Meşə İdarəçiliyi Departamentindən verilən məlumata görə, Sibirdə yayılan meşə yanğınlarının sahəsi dörd dəfə artaraq 58,1 min hektara çatıb. Yanğın Baykal ətrafında 112, Buryatiyada 41, Tıvada 2, İrkutskda isə 1 meşə sahəsini məhv edib.
Yanğınla mübarizəyə 3 mindən çox şəxs, 600-dən çox texnika cəlb olunub.