Bank Of Baku

Spiker bəzi deputatlara irad tutub

Spiker bəzi deputatlara irad tutub
# 15 dekabr 2017 14:54 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bəzi deputatlara irad tutub.

 

APA-nın məlumatına görə, səsvermə zamanı deputatların bir qismi zalda olmadığına görə gündəlikdəki məsələlərdən birinin müzakirəsi zamanı səsvermə alınmayıb.

 

Bundan narazı qalan spiker Oqtay Əsədov iclas vaxtı zalı tərk edən deputatlara irad tutaraq onların zala çağırılmasını tapşırıb.

 

“Səsvermə zamanı yerinizdə olun. Neçə dəfə demək olar?", - deyə spiker qeyd edib.

 

Deputatların zala qayıtmasından sonra səsvermə baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR