Bank Of Baku

test

test
# 30 sentyabr 2015 15:36 (UTC +04:00)

İqor Qrnadak: “Mədəni və tarixi irsin mənimsənilməsi, qanunsuz arxeoloji tədqiqatlar aparılması yolverilməzdir”

Strasburq. Fuad Qulubəyli - APA.  Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk plenar iclasında Avropa ŞurasıNazirlər Komitəsinin (AŞNK) fəaliyyətdə olan sədri, Bosniya-Herseqovinanın xarici işlər naziri İqor Qrnadak AŞNK-nın fəaliyyətinə dair hesabatla çıxış edib.

 

Abzasın xülasəsi
İqor Qrnadak: “Mədəni və tarixi irsin mənimsənilməsi, qanunsuz arxeoloji tədqiqatlar aparılması yolverilməzdir”
APA-nın Avropa müxbiri xəbər verir ki, çıxışdan sonra İ. Qrnadak deputatların, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun "Nazirlər Komitəsi səlahiyyətləri çərçivəsində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?" sualını cavablandırıb.

 

 

İqor Qrnadak: “Mədəni və tarixi irsin mənimsənilməsi, qanunsuz arxeoloji tədqiqatlar aparılması yolverilməzdir”

İ. Qrnadak mədəni və tarixi irsin mənimsənilməsi, belə qanunsuz arxeoloji tədqiqatların yolverilməz olduğunu bildirərək üzv ölkələrin hər birinin beynəlxalq konvensiyalara əməl etməyə borclu olduğunu vurğulayıb. Nazirlər Komitəsinin bu istiqamətdə müzakirələr aparmağa hazır olduğunu bəyan edən İ. Qrnadak bir daha Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün bütün istiqamətlərdə dialoqun ardıcıllığı və dərinləşdirilməsinin zəruriliyini önə çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR