Bank Of Baku

TürkPA Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiyası göndərəcək

TürkPA Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiyası göndərəcək
# 09 oktyabr 2015 11:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək.

 Bu barədə APA-ya TürkPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.

O bildirib ki, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndələri seçkiləri izləyəcək. Ənənəvi qrafikə əsasən seçkidən iki gün əvvəl missiya Bakıya gələcək. Birinci  və ikinci gün rəsmi görüşlərə həsr olunur, seçki günü isə paytaxtdakı seçki məntəqələri ziyarət edilir və ertəsi gün mətbuat konfrası keçirilir və missiya adından seçkilərə dair bəyanat təqdim edilir 

Missiyaya daxil olacaq şəxslərin siyahısının gələn həftə bəlli olacağı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR