Bakı. Türbət Bağırova - APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək.
Bu barədə APA-ya TürkPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib. O bildirib ki, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndələri seçkiləri izləyəcək. Ənənəvi qrafikə əsasən seçkidən iki gün əvvəl missiya Bakıya gələcək. Birinci və ikinci gün rəsmi görüşlərə həsr olunur, seçki günü isə paytaxtdakı seçki məntəqələri ziyarət edilir və ertəsi gün mətbuat konfrası keçirilir və missiya adından seçkilərə dair bəyanat təqdim edilir.
Missiya daxil olacaq şəxslərin siyahısının gələn həftə bəlli olacağı bildirilir.