Bank Of Baku

Ucarda seçkilərlə bağlı kurslar keçirilib

Ucarda seçkilərlə bağlı kurslar keçirilib
# 25 avqust 2015 16:40 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.  APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, iki gündür davam edən seminar-kurslara bu gün yekun vurulub. Seminar-kursda Ucar rayon prokuroru, rayonun polis rəisi, rayon məhkəməsi və İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Ucar şəhərində 91 saylı Ucar Seçki Dairəsində keçirilən kurslar, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında polisin rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, komissiyaların vəzifələri və təşkili mövzusuna həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR