Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtahanının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş namizədlər imtahan nəticələri ilə http://eservices.tqdk.gov.az/imtnetice/VN140603.HTM keçidinə daxil olaraq tanış ola bilərlər.