Bank Of Baku

VHP funksioneri: “Elman Fəttah, Səxavət Soltanlı və Valeh Hümmətoğlunun müsavatçılığa aidiyyatı yoxdur”

VHP funksioneri: “Elman Fəttah, Səxavət Soltanlı və Valeh Hümmətoğlunun müsavatçılığa aidiyyatı yoxdur”
# 16 oktyabr 2015 11:12 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

 

R. Manaflı sosial şəbəkədə parlament seçkilərində iştirak edən siyasi partiyaları tənqid etməsindən sonra yaranan narazılığa münasibət bildirib. O, Müsavat Partiyası başqanının müavinləri – Elman Fəttah, Səxavət Soltanlı və Məclis üzvü Valeh Hümmətoğlunu ittiham edib. “Mən heç bir yerdə Müsavat Partiyasının adını çəkməmişəm, onu ayrılıqda ittiham etməmişəm. Parlament seçkilərində REAL, “Nida” Vətəndaş Hərəkatı, Müsavat Partiyası, KXCP və VHP də iştirak edir. Mənim mövqeyim belədir ki, parlament seçkilərinə iştirak etmək lazım deyil. Mən ortaya ümumi mövqe qoyuram. Hamı qalıb qıraqda, Elman Fəttah, Səxavət Soltanlı və Valeh Hümmətoğlu buna reaksiya verir, kobud şərhlər yazırlar. Bu adamların ümumiyyətlə, Müsavata və müsavatçılığa aidiyyatı yoxdur. Buna görə də sosial şəbəkədəki statusumda mənə qeyri-etik cavab verən bu üç nəfərin adını çəkmişəm”.

 

E. Fəttah isə APA-ya açılamasında deyib ki, R. Manaflının ittihamları müxalifət daxilində intriqaları qızışdırmağa xidmət edir və bu məsələdə iştirakçı olmaq niyyətində deyil.

 

Xatırladaq ki, R. Manaflı “Facebook” səhifəsində adı çəkilən şəxsləri seçki prosesində “hakimiyyətin dayağı” adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR