Bank Of Baku

YAP Mərkəzi Seçki Qərargahı Lənkəranda zona müşavirəsi keçirib - FOTO

YAP Mərkəzi Seçki Qərargahı Lənkəranda zona müşavirəsi keçirib - <span style="color: red;">FOTO
# 20 avqust 2015 18:29 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə,  YAP Mərkəzi Seçki Qərargahının Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon şöbələrinin üzvlərinin iştirakı ilə keçən müşavirədə çıxış edən YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-nın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bütün seçkilərdə olduğu kimi, bu dəfə də partiya bütün gücünü, resurslarını səfərbər edib. Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar.

 

YAP Sədrinin müavini Azərbaycanın əzəmətli, möhtəşəm inkişafının əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını diqqətə çatdırıb: “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib.”


YAP Sədrinin müavininin qənaətincə, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Ə.Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını qeyd edib:“Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində də sizlər öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insani potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”.

 

Müşavirədə, həmçinin YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, rəhbərlik etdikləri qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər. Müşavirənin yekununda YAP Sədrinin müavini Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar tapşırıq və tövsiyyələrini verib. Müşavirədə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR