Bakı. Etibar Məmmədov - APA. "İclas yaxşı keçdi, əvvəlki tərkibə nisbətən namizədlər siyahısında qadınların sayı çoxdur".
APA-nın məlumatına görə, bunu YAP İdarə Heyətinin üzvü, partiyanın İltizam Komissiyasının sədri Kərim Kərimov deyib.
K. Kərimov bildirib ki, siyahıda əsaslı dəyişiklər edilib: "Siyahıda iş adamları var, qadınlar, gənclər çoxdur. Köhnə tərkibdən xeyli namizəd göstərilməyən də var. Tərkib yenilənir".
O, YAP-ın təxminən 7 dairədən namizəd irəli sürməyəcəyini də bildirib.