Bank Of Baku

YAP MNTK-nın iclası keçirilib

YAP MNTK-nın iclası keçirilib
# 22 may 2015 13:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.

 

YAP-dan APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan MNTK-nın sədri Məhəmməd Məmmədov komissiyanın ötən toplantıdan keçən dövr ərzində gördüyü işlərlə bağlı məlumat verib.

 

Qeyd olunub ki, partiyanın rayon (şəhər) təşkilatlarında həm partiya nizam-intizamı, həm də maddi-texniki təchizatla bağlı ciddi işlər görülüb, onların səmərəli fəaliyyəti günün tələbləri səviyyəsində qurulub. Rayon (şəhər) təşkilatlarında aparılan yoxlamaların nəticələri bir daha sübut edir ki, partiyanın yerlərdəki fəaliyyəti qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməyə təminat verir.

 

M.Məmmədov çıxışında fəaliyyətində nöqsanlara yol vermiş rayon (şəhər) partiya təşkilatları haqqında tədbirlərin görüldüyünü, onlara zəruri tövsiyələrin verildiyini və bir çox təşkilatın artıq müvafiq nəticələr çıxararaq öz işində dönüş yaratdığını vurğulayıb.

 

İclasda qarşıdakı bir ay ərzində təftiş aparılacaq rayonların siyahısı və onlara təhkim olunan MNTK üzvləri müəyyənləşdirilib. İclasda partiya İcra katibinin müavini, deputat Siyavuş Novruzov  görülmüş işlər və qarşıda duran perspektiv vəzifələr barəsində çıxış edib.  

 

S.Novruzov həmçinin nəzarət təftişin ümumi prinsipləri və yoxlama prosesində xüsusi diqqət yetiriləcək məqamlar barədə öz tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR