Bank Of Baku

YAP-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib 

YAP-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib 
# 14 iyun 2019 18:18 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. 

APA-nın məlumatına görə, tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, partiyanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Əli Əhmədov bildirib ki, 15 iyun Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biridir: "Ölkənin müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə bilavasitə əlaqəlidir. 90-ci illərin əvvəllərində müstəqillik bərpa ediləndən sonra hansı ağır, keşməkeşli günləri yaşadıqlarımızı yaxşı bilirik. O zamankı hakimiyyətin böyük təhlükə mənbəyi olduğunu da unutmamışıq".

YAP sədrinin müavini-icra katibi vurğulayıb ki, Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında idi, xoşagəlməyən proseslər hökm sürürdü: "Xaos, dərəbəylik adi hal almışdı. Bütün bunlar cəmiyyəti böyük bəla içərisinə salmışdı. Yalnız tarixi qayıdışdan sonra Azərbaycan böyük bəlalardan xilas oldu, sabitlik, əmin - amanlıq yarandı və Azərbaycan inkişaf dövrünü yaşayaraq bu günə gəlib çatıb". 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Milli Qurtuluş Günü Milli Məclis tərəfindən 1997-ci ildə qərarla qəbul edilib: “Azərbaycan xalqı faktiki olaraq 22 ildir ki, bu bayramı qeyd edir. Tarixdə hər hansı bir hadisə baş verirsə, ona eyni gündə qiymət vermək olmur. Buna zamanla layiqli qiymət verilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq təşkilatlarda ciddi rol oynayır”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR