Bank Of Baku

Sadiq Safoyev: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında möhkəm geostrateji üçbucaq formalaşıb

Özbəkistan Ali Məclisi Senatının sədrinin birinci müavini Sadiq Safoyev

© APA | Özbəkistan Ali Məclisi Senatının sədrinin birinci müavini Sadiq Safoyev

# 01 oktyabr 2026 11:15 (UTC +04:00)

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında möhkəm geostrateji üçbucaq formalaşıb.

"APA-Economics" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədrinin birinci müavini Sadiq Safoyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin Bakıda keçirilən görüşü üç ölkə arasında yeni geostrateji əməkdaşlıq xəttinin formalaşmasına töhfə verib.

“Bu, müəyyən mənada möhkəm geostrateji üçbucaq yaratdı. Məncə, bu hadisənin əhəmiyyətini həddindən artıq qiymətləndirmək mümkün deyil”, – S. Safoyev bildirib.

O qeyd edib ki, bu proses Mərkəzi Asiyada regional əməkdaşlığın güclənməsi fonunda baş verir. Safoyevin sözlərinə görə, dünyada parçalanma və çoxtərəfli diplomatiyanın zəifləməsi müşahidə edildiyi halda, Mərkəzi Asiyada əks tendensiya mövcuddur və ölkələr arasında əməkdaşlıq dərinləşir.

S.Safoyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını da regional əməkdaşlığın genişlənməsinin göstəricilərindən biri kimi qiymətləndirib.

O həmçinin bildirib ki, Mərkəzi Asiyanın iqtisadi inkişaf tempi yüksəkdir və regionda ÜDM artımı orta qlobal göstəricidən təxminən üç dəfə yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR