Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının 90 illiyi münasibətilə konfrans keçirəcək

Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının 90 illiyi münasibətilə konfrans keçirəcək
# 20 iyun 2008 11:59 (UTC +04:00)
İyunun 28-29-da Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi münasibətilə “Azərbaycan-Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il” mövzusunda konfrans keçirəcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Konfransda tarixçi alim Musa Qasımlı 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikası haqqında geniş məruzə ilə çıxış edəcək. Tədbirdə Benilüks ölkələrinin hökümət rəsmilərinin, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları fəallarının iştirakı nəzərdə tutulub. Benilüks Azərbaycanlıları Konqresi həmin ərəfədə Azərbaycanı tanıtmaq məqsədilə daha bir tədbir təşkil edəcək. Benilüks ölkələrinin təmsilçilərinə Azərbaycan Demokratik Respublikası və müasir Azərbaycan haqqında fotosərgi təqdim olunacaq, film nümayiş etdiriləcək. Tanınmış incəsənət ustaları Azərin və Elza Seyidcahanın ifasında Azərbaycan mahnıları səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR