Bank Of Baku

DAK-ın həmsədri Firudin Pərvizniya: “Bizi daxili çəkişmələrə cəlb etməklə diqqəti Qarabağ və Güney Azərbaycan problemlərindən yayındırmaq istəyirlər”

DAK-ın həmsədri Firudin Pərvizniya: “Bizi daxili çəkişmələrə cəlb etməklə diqqəti Qarabağ və Güney Azərbaycan problemlərindən yayındırmaq istəyirlər”
# 25 iyun 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Rüstəmxanlı diqqəti iyunun 21-23-də Belçikanın paytaxtı Brüsseldə Qulamrza Səbri Təbrizinin rəhbərliyi ilə keçirilən qurultaya yönəldib. O bildirib ki, bəzi qüvvələr DAK-da parçalanma yaratmaq və Azərbaycan diasporunun fəaliyyətini zəiflətmək məqsədilə DAK-a alternativ təşkilat yaratmağa cəhd göstərirlər: “Demokratik DAK da, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup da DAK-dan ayrılanlardır. Onuncu qurultaydan öncə onları qurultayda iştirak etməyə çağırmışdım. Biz öz yolumuzla gedəcəyik və təşkilatdan ayrılan hər qrupla ayrı-ayrılıqda qurultay keçirmək niyyətimiz yoxdur”. F. Pərvizniya isə deyib ki, DAK-ı daxili çəkişmələrə cəlb etməklə diqqəti Qarabağ və Güney Azərbaycan problemlərindən yayındırmaq istəyirlər: “DAK-ın Qarabağla, Güney Azərbaycanla və digər problemlərimizlə bağlı komissiyaları yaradılacaq və qurumun bu istiqamətdəki fəaliyyəti əlaqələndiriləcək. DAK demokratik dəyərlərə əsaslanaraq həm Qarabağ, həm də Güney Azərbaycan problemlərinin BMT çərçivəsində ədalətli həllinə çalışacaq”. F. Pərvizniya DAK-ın fəaliyyətinin genişləndirməsi istiqamətində zəruri addımların atılacağını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR