Bank Of Baku

Sabir Rüstəmxanlı: “DAK-da bədii hissəyə ehtiyac yoxdur”

Sabir Rüstəmxanlı: “DAK-da bədii hissəyə ehtiyac yoxdur”
# 25 iyun 2008 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “İlhamə Quliyevə sonuncu mətbuat konfransında demişdi ki, hökumət haranı göstərsə, bundan sonra onun yeri ora olacaq. Amma bizim öz yerimiz var və bunun hökumətə aidiyyəti yoxdur. Dünya Azərbaycanlıları Konqresi qeyri-hökumət təşkilatıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bundan sonra DAK təşkilata sıx bağlı olmayan adamlardan təmizlənəcək: “DAK siyasi qurumdur. Əvvəllər kimin maddi imkanı var idi, DAK-ın Avropa ölkələrində keçirilən qurultaylarında iştirak edirdi. Sonra həmin adam qurultayda nümayəndə olurdu və özünü DAK üzvü hesab edirdi. Sənətinə hörmət etdiyim İlhamə Quliyevanı və digər sənət adamlarımızı da qurultaylara aparırdıq. Həmin müğənnilər orada öz sənətlərini nümayiş etdirirdilər. Sonuncu qurultayda qərara gəldik ki, bu, siyasi toplantıdır və bədii hissəyə ehtiyac yoxdur. Digər tərəfdən də Avropada bu gün hər kəs öz evində Azərbaycan telekanallarına baxır. Burda olduğu kimi, orda da bizim musiqiçilərdən cana gəliblər. İlhamə Quliyeva DAK-ın tərəfkeşi kimi qalsa, minnətdar olarıq, qalmasa da öz işidir. İstəyirik ki, DAK doğrudan da bu yolda mübarizə aparanların təşkilatı olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR