Bank Of Baku

Sabir Rüstəmxanlı: “Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin”

Sabir Rüstəmxanlı: “Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin”
# 25 iyun 2008 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup boş yerə qüvvə sərf etməmək üçün adını Demokratik Dünya Azərbaycanlıları Konqresi olaraq saxlasın və Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin”. Bu sözləri APA-ya açıqlamasında DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu məsələyə görə Qulamrza Səbri Təbrizi ilə məhkəmə zalında görüşmək istəməzdi: “İşin o yerə gedib çıxmasını arzulamıram. Qulamrza Səbri Təbrizi ömrü boyu qürbətdə yaşayıb və yaşlı adamdır. Əgər istəsəydim, çoxdan bu məsələ qanun çərçivəsində həll olunardı və onun Bakıdakı qərargahı bağlanardı. Sadəcə, bunu DAK-a və özümüzə sığışdırmadım”. S. Rüstəmxanlının sözlərinə görə, ola bilsin Qulamrza Səbri Təbrizi öz qurumunu başqa ölkədə qeydiyyatdan keçirsin: “Əgər ciddi münaqişə yaransa, beynəlxalq məhkəmələrə və qeydiyyatda olduğumuz ölkənin müvafiq qurumlarına müraciət edəcəyik. Bu ikitirəlik həll olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR