Bank Of Baku

Paşa Qəlbinur: “Sabir Rüstəmxanlının sədri olduğu DAK qeyri-legitim və qanunsuzdur”

Paşa Qəlbinur: “Sabir Rüstəmxanlının sədri olduğu DAK qeyri-legitim və qanunsuzdur”
# 27 iyun 2008 15:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Məhəmmədrza Xeştinin sədri olduğu Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) birlik qurultayının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK adı altında birləşən qurumda həmsədrlik institutu yaradılıb və Məhəmmədrza Xeşti ilə Paşa Qəlbinur təşkilatın həmsədrləri seçiliblər, Qulamrza Səbri Təbrizi isə fəxri sədr olub. P. Qəlbinur Sabir Rüstəmxanlının sədri olduğu DAK-ı qeyri-legitim və qanunsuz adlandıraraq təşkilatın hüquqi sənədləri və möhürünün öz əllərində olduğunu bildirib: “DAK-ı 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yaradan üç nəfər Məhəmmədrza Xeşti, Əhməd Obalı və Teymur Eminbəyli hazırkı İdarə Heyətində təmsil olunurlar”. S. Rüstəmxanlını dəstəkləyən Rəşad Xasayoğlu isə söz alaraq Q. S. Təbrizinin mövqeyini pisləyib və onun təşkilatdan çıxarıldığını deyib. Yaranan mübahisə P. Qəlbinurun müdaxiləsindən sonra dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR