Bank Of Baku

Amsterdamda “Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il” adlı konfrans keçirilib

Amsterdamda “Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il” adlı konfrans keçirilib
# 30 iyun 2008 12:31 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Niderlanddakı Azərbaycan və türk diasporunun nümayəndələri, Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov, yerli siyasi partiyalarının təmsilçiləri iştirak ediblər. Konfransı Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov açıb. Professor Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Səfir Fuad İsgəndərov isə Azərbaycan-Hollandiya münasibətləri və Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb. Konfransın rəsmi hissəsindən sonra toplantı iştirakçıları üçün ziyafət verilib və konsert təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR