Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyi Xızıda Babəkin doğum günü münasibətilə yürüş-mitinq keçirib

DAK-ın Azərbaycan nümayəndəliyi Xızıda Babəkin doğum günü münasibətilə yürüş-mitinq keçirib
# 01 iyul 2008 10:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Xızı rayonunda Azərbaycan sərkərdəsi Babək Xürrəminin doğum günü münasibətilə yürüş-mitinq keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simvolik xarakterli aksiya Bəzz qalasına bu gün yürüş edəcək İran azərbaycanlılarına dəstək məqsədilə təşkil olunub. Aksiyada DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya çıxış ediblər. Onlar İranda yaşayan azərbaycanlıların milli haqları ilə bağlı yaranan problemdən danışıblar. Sonra aksiya iştirakçıları Xızıdakı dağların birinə yürüş edərək, həmin yüksəkliyə Azərbaycan bayrağı və Babək Xürrəminin şəklini asıblar. Yürüş iştirakçıları adından verilən bəyanatda isə İran dövlətindən azərbaycanlıların hüquqlarını tanımaq tələb olunub və beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətinin artırılması istənilib.
Qeyd edək ki, hər il İranda yaşayan azərbaycanlılar iyulun 1-də Babəkin doğum gününü qeyd etmək üçün Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalasına yürüş edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR