Bank Of Baku

DAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər

DAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər
# 02 iyul 2008 15:45 (UTC +04:00)
Bakı-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Firudin Pərviznia və Sabir Rüstəmxanlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənovla görüşüblər. N. İbrahimovla görüşdə bu il iyunun 6-8-də DAK-ın Almaniyanın Köln şəhərində keçirilən növbədənkənar qurultayı, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə DAK və Dövlət Komitəsinin birgə tədbirlər keçirməsi qərara alınıb. M. Mərdanovla görüş zamanı Güney Azərbaycandan olan tələbələrin, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də gənclərin təhsil problemləri əsas müzakirə mövzusu olub. Ə. Həsənovla görüşdə isə Güney Azərbaycandan gələn insanların problemləri, Ermənistanın işğalı nəticəsində didərgin düşmüş soydaşlarımızın və bu sahədə DAK-ın görə biləcəyi işlər barəsində müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR