Bank Of Baku

Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq

Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq
# 04 avqust 2008 11:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dünya Azərbaycanlılarının Xartiyası hazırlanacaq. Bu barədə APA-ya açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdir müavini Elşad Miraləm bildirib. Komitə rəsmisi sözügedən sənədin hazırlanmasına sentyabrdan başlanacağını və bu işə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə yanaşı digər mütəxəssislərin də cəlb ediləcəyini bildirib: “Xartiyada azərbaycançılıq ideyaları, qarşıya qoyulan məqsədlər və digər məsələlər əksini tapacaq”.
E. Miraləm hazırlanacaq sənədin Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri ilə müzakirə edildikdən sonra təsdiqlənəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR