Bank Of Baku

Azərbaycanın diaspor təşkilatı Çikaqoda keçiriləcək Dünya Türk Festivalına qatılacaq

Azərbaycanın diaspor təşkilatı Çikaqoda keçiriləcək Dünya Türk Festivalına qatılacaq
# 11 avqust 2008 14:33 (UTC +04:00)
Bakı – APA. Avqustun 16-17-də ABŞ-ın Çikaqo şəhərində Dünya Türk Festivalı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türk xalqlarının mədəniyyətinin nümayiş etdirildiyi festivala Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da qatılacaq. Azərbaycan milli rəqslərinin ABŞ-da təbliği ilə məşğul olan bu qrup ilk dəfə Dünya Türk Festivalına qatılacaq. Qrup festivalın hər iki günü çıxış edəcək və burada 7 Azərbaycan milli rəqsi təqdim olunacaq. Hyuston-Azərbaycan Təşkilatının nəzdində fəaliyyət göstərən rəqs qrupunun festivalda iştirakına təşkilati və maliyyə dəstəyini Azərbaycanın ABŞ-dakı səfirliyi göstərib. Tədbirdə Türkiyə, Qazaxıstan, Türkmənistandan da milli rəqs kollektivləri iştirak edəcək. Festivala ümumilikdə 5000 qonaq dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR