Bank Of Baku

Sürixdə “Güney Azərbaycanda siyasi məhbuslara azadlıq” adlı konfrans keçiriləcək

Sürixdə “Güney Azərbaycanda siyasi məhbuslara azadlıq” adlı konfrans keçiriləcək
# 15 avqust 2008 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İsveçrənin Sürix şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Güney Azərbaycanda siyasi məhbuslara azadlıq” adlı konfrans keçiriləcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 16-da keçiriləcək tədbirdə İranda yaşayan azərbaycanlıların hüquqları müzakirə mövzusu olacaq. Konfransda milli haqlarının tələb edən azərbaycanlıların həbs olunmasına münasibət bildiriləcək və İran dövlətinin insan hüquqlarının məhdudlaşdırılması istiqamətində atdığı addımlar pislənəcək. Qeyd edək ki, tədbirdə azərbaycanlılarla yanaşı, İranda yaşayan digər millətlərin diaspora təşkilatları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR