Bank Of Baku

DAK üzvləri Dərbənddə yaşayan soydaşlarımızla görüşəcək

DAK üzvləri Dərbənddə yaşayan soydaşlarımızla görüşəcək
# 16 avqust 2008 02:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qanadının həmsədri və İdarə Heyətinin üzvləri Dağıstanda yaşayan azərbaycanlılarla görüşəcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 16-18-də Dərbənddə keçiriləcək görüşlərdə DAK həmsədri Paşa Qəlbinur, İdarə Heyətinin üzvləri Vaqif Sultanlı, Əmir Pəhləvan, Məzahir Həsənli, Mərdan Seyidli və qurumun digər üzvləri iştirak edəcək. Görüşlərdə əsas məqsəd soydaşlarımızın problemləri ilə yaxından tanış olmaq, ana dilində təhsil məsələlərinə yardım etməkdir. Səfər zamanı DAK nümayəndələri Dağıstanın Azərbaycan türklərinin yaşadığı bölgələrə baş çəkəcək, ziyalılarla görüşlər keçirəcək, özləri ilə apardıqları 2 min nüsxədən artıq dərsliyi soydaşlarımızın təhsil aldıqları məktəblərə təqdim edəcəklər. Səfər zamanı DAK-ın Dağıstan nümayəndəliyinin yaradılması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR