Amerika Yəhudi Komitəsinin icraçı direktoru: “Azərbaycan diasporu ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”
- Bu, Azərbaycana ilk səfərimdir. Səfər prezident İlham Əliyevin dəvəti ilə baş tutub. Azərbaycan prezidenti ilə bu ilin yanvar ayında İsveçrədə Davos enerji sammiti çərçivəsində görüşmüşdük, dəvəti də orada almışdım. Azərbaycanda mehribanlıq, sürətli iqtisadi inkişaf gördüm. Gördüklərim Azərbaycanın gələcəyinə məndə böyük nikbinlik yaratdı.
- Azərbaycanda yaşayan yəhudilərlə görüşdünüzmü?
- Azərbaycan rəsmiləri ilə görüşdən əlavə, burada fəaliyyət göstərən müsəlman, pravoslav, katolik və yəhudi dini icmaların rəhbərləri ilə görüşdüm. Maraqlı orasıdır ki, həmin görüşdə kiçik yəhudi icmasından 2 icmanın rəhbəri iştirak edirdi - dağ və aşkinazi yəhudilərinin liderləri... Onlar burada çox rahat yaşadıqlarını, heç bir problemlərinin olmadıqlarının söylədilər. Azərbaycanda dini tolerantlıq bütün dünya üçün bir modeldir. Xüsusi vurğulamaq istəyirəm ki, hazırkı dünyamız üçün bu, çox vacibdir.
- Rəhbərlik etdiyiniz Komitə Azərbaycandakı yəhudi icmaları ilə əməkdaşlıq edirmi, onlara maddi yardım göstərirmi?
- Biz yalnız yəhudi icmaları ilə yox, yuxarıda adlarını çəkdiyim digər dini icmalarla əməkdaşlıq edirik, onlarla da çox yaxşı münasibətlərimiz var. Bizim əməkdaşlığımız siyasi və diplomatik sahələri əhatə edir. Maliyyə yardımı isə bizim istiqamətimiz deyil, bununla digər yəhudi təşkilatları məşğul olur.
- Amerikadakı Azərbaycan diasporu ilə əməkdaşlıq edirsinizmi?
- Amerikada Azərbaycan diasporu ilə əməkdaşlıq edirik və bu əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik. Əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan diasporunun çox vacib hissəsini buradan miqrasiya etmiş yəhudilər təşkil edir. Bu insanlar iki icma arasında körpü rolunu oynayırlar.
- Yəhudilərin kompakt yaşadığı Qubada kütləvi məzarlıq tapılıb. Bəzi məlumatlara görə, orada basdırılanlar arasında yəhudilər də var. Sizin Komitə həmin məzarlıqlarda aparılan tədqiqat işlərinə hansısa şəkildə yardım edə bilər?
- Tarixdə olanları araşdırmaq çox vacibdir. Amma bizim işimiz siyasət və diplomatiyadır. Bu bizim sahəmiz olmasa da, müəyyən mənada bu prosesə dəstək verə bilərik. Əfsuslar olsun ki, dünyanın bir çox yerində yəhudilər qətlə yetirilib. 60 ildən çox vaxt keçməsinə baxmayaraq, İkinci Dünya müharibəsi zamanı öldürülən yəhudilərin siyahısına hələ də yeni adlar əlavə olunur.
- İsrail parlamentində uydurma “erməni soyqırımı” məsələsinin müzakirə olunmasına münasibətiniz necədir?
- Bu barədə məndə məlumat yoxdur. Bunun İsrail hökumətinin təşəbbüsü olduğunu söyləsəydiniz, çox təəccüblənərdim. Gələn ay İsrailə səfərim nəzərdə tutulur, həmin səfərim zamanı bu məsələ ilə maraqlanacağam. Mən hesab edirəm ki, bu məsələyə ən düzgün yanaşma türklərlə ermənilərin bir masa ətrafında oturub həmin hadisələri müzakirə və təhlil etməsi və vahid mövqeyə gəlməsidir.
- Gürcüstanda baş verən hadisələri necə qiymətləndirirsiniz, bunun Azərbaycana təsiri varmı? Gürcüstan NATO-ya üzv olarsa, bu, Rusiyanı daha da qıcıqlandırmayacaq ki?
- Gürcüstanda baş verən hadisələrə görə bu region hazırda çox tarixi məqamı yaşayır. NATO-nun Buxarest sammitindən sonra Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı müzakirələr səngimişdi, hazırda isə yenidən aktuallaşıb. ABŞ-da seçki kampaniyasıdır, bu mövzuda diskussiyalar şiddətlənəcək. Rusiyanı Şimali Osetiya və Abxaziyanı anneksiya etməsi ehtimalı, Gürcüstanın bu ərazilərsiz NATO-ya gedib-getməyəcəyi, NATO-nun Gürcüstanı bu ərazilərsiz qəbul edib-etməyəcəyi ən yüksək səviyyədə müzakirə olunacaq. Son hadisələr tək Gürcüstan üçün deyil, bütün region, Azərbaycan və onun ərazi bütövlüyü üçün də əhəmiyyətlidir. Azərbaycan çox çətin regionda yerləşir, onun İran və Rusiya kimi qonşuları var. Azərbaycan üçün Amerikanın bu hadisələrə mövqeyi çox vacibdir. İranda baş verənlərin də Azərbaycan üçün böyük əhəmiyyəti var. Hazırda Amerikada seçki kampaniyasının olması vəziyyəti mürəkkəbləşdirir. Çünki seçkilər zamanı az qərarlar verilir.
Xəbər Lenti
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO