Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın iki fəalı girov müqabilində azadlığa buraxılıb

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın iki fəalı girov müqabilində azadlığa buraxılıb
# 18 avqust 2008 16:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ötən ay həbs olunan İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Qadın Haqları İctimai Birliyinin üzvü Bəharə Hidayət və Məhəmməd Haşımi girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıblar. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, azərbaycanlıların hüquqlarının bərpası istiqamətində fəaliyyətlərində təqsirləndirilərək həbs olunan hər iki şəxs 34 gün Tehranda yerləşən “Evin” həbsxanasında saxlanılıblar. Ailə üzvlərinin dediklərinə görə, onlara işgəncə verilib və qaneedici ifadə almaq üçün təkadamlıq kamerada saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR